...

Gürcüstan parlamentində Estoniya prezidenti ilə görüş keçirilib

Dünya xəbərləri Materials 22 May 2006 12:55 (UTC +04:00)

Cümə günü səhər Gürcüstan parlamentində Estoniya prezidenti Arnold Ryütellə görüş mərasimi keçirilib.

Trend in "Praym-Nyus"a Estoniya və Gürcüstan prezidentləri istinadən verdiyi məlumata görə, mərasimdən sonra Arnold Ryütel Mixail Saakaşvili ilə görüşüb.

İki ölkə nümayəndələrinin birgə iclasından sonra jurnalistlər üçün bəyanat verilib.

Estoniya prezidenti parlamentin sədri Nino Burcanadze, Bütün Gürcüstanın katolikos-patriarxı II İlya ilə də görüşüb.

Arnold Ryütel Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirə memorialına da baş çəkib.

Arnold Ryütel və onun həyat yoldaşı İnqrid Ryütel Tbilisiyə ötən çərşənbə günü gəlib. Estoniya prezidentini iqtisadiyyat və kommunikasiya naziri Edqar Savisaar, ədliyyə naziri Reyn Lanq, kənd təsərrüfatı naziri Ester Tuyksoo, eston parlamentinin deputatları, 18 eston biznesmeni müşaiyət edib.

Arnold Ryütel Tallinə mayın 13-də qayıdıb.

Xəbər lenti

Xəbər lenti