...

Bağdadda Səddam Hüseynin işilə bağlı dinləmələr yenidən başlayıb

Dünya xəbərləri Materials 22 May 2006 15:09 (UTC +04:00)

Bazar ertəsi Bağdadda İraqın keçmiş prezidenti Səddam Hüseyn və onun 7 tərəfdaşının işilə bağlı dinləmələr yenidən başlanıb. Onlar 1982-ci ildə S.Hüseynə sui-qəsd cəhdindən sonra Ed-Duceyl kənd sakinlərinə qarşı repressiya törətməkdə günahlandırılır.

Trend agentliyinin "RİA Novosti"yə istinadən yaydığı məlumata əsasən, bu gün iclas İnqlab məhkəməsinin keçmiş baş hakimi Avad əl-Bəndərin işi üzrə şahidlərin dindirilməsinə həsr olunmalıdır. Əvvəlki iclaslarda isə müttəhimlər Mizgər Abdalla Ruveyd, Abdalla Kazım Ruveyd Əli Dayi və Məhəmməd Azavi Əlinin işi üzrə şahidlər dindirilmişdir. Onların hamısı "Bəəs" partiyasının yerli səviyyəli üzvləri və məhkəmə prosesində ikinci dərəcəli müttəhimlərdir.

Əsas müttəhimlər isə Səddam Hüseyn, təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Barzan İbrahim ət-Tikriti, İnqlab məhkəməsinin keçmiş baş hakimi Avad əl-Bəndər və İnqlab hərbi şurasının keçmiş üzvü Taxa Əsin Ramadandır.

Xəbər lenti

Xəbər lenti