...

Yerevanda NATO ilə siyasi dialoqun genişləndirilməsinin mühümlüyündən danışırlar

Dünya xəbərləri Materials 22 May 2006 17:36 (UTC +04:00)

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Yerevana gələrək burada xarici işlər nazirinin müavini Arman Kirakosyanla görüşüb.

Ermənistanın XİN-nin mətbuat xidmətindən Mediamaks agentliyinə verilən məlumata görə, xarici işlər nazirinin müavini bildirib ki, NATO ilə əməkdaşlıq və IPAP və "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak Ermənistanda təhlükəsizliyin təminatı üçün mühüm komponentlərdən biridir.

Arman Kirakosyan NATO ilə siyasi əməkdaşlığın genişləndirilməsinin vacibliyini və Ermənistanın müdafiə sahəsində milli təhlükəsizlik konsepsiyasının işlənməsi də daxil olmaqla müvafiq islahatların aparılmasının əhəmiyyətini bəyan edib.

Görüş zamanı NATL-nun məqsədləri və siyasəti barədə ictimaiyyətin geniş təbəqələrinin məlumatlandırılmasının, Ermənistanın alyansla əməkdaşlığının mühümlüyü bildirilib.

Arman Kirakosyan Robert Simmonsa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması gedişində əldə olunan irəliyişdən və erməni-Türkiyə münasibətlərindən danışıb.

Ermənistanın XİN-dəki görüşdən sonra NATO baş katibinin xüsusi nümayəndəsi IPAP-ın reallaşdırılması üçün yaradılan Ermənistan İdarələrarası komissiyasının növbəti iclasında iştirak edib.

Xəbər lenti

Xəbər lenti