...

Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi çərşənbə axşamı Tbilisiyə səfər edir

Dünya xəbərləri Materials 23 May 2006 15:58 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Sergey Kiriçenko çərşənbə axşamı Tbilisiyə rəsmi səfər edəəck.

Müdafiə Nazirliyindən "Praym-Nyus"a verilən məlumata əsasən, səfər çərçivəsində Ukrayna ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri, o cümlədən Silahlı Qüvvələrdəki vəziyyət, bu sahədə aparılan islahatlar, sülhməramlı əməliyyatlarda iştirak, Ukrayna hərbiçilərinin Gürcüstandakı Dağ Atıcılarının Hazırlığı üzrə Gürcü-Fransız Mərkəzində təlim keçmə perspektivləri müzakirə ediləcək.

Trend agentliyinin məlumatına görə, əsasən "Bleksifor" çərçivəsində inkişaf edən Gürcüstan və Ukrayna Hərbi Dəniz Qüvvələrinin əməkdaşlıq planı da müzakirə predmeti olacaq.

Səfər zamanı S.Kiriçenko Gürücstan Silahlı Qüvvələrinin baş qərargah rəisi, polkovnik Levan Nikoleişvili, müdafiə nazirinin müavini Mamuka Kudava, müdafiə və təhlükəsizlik üzrə parlament komitəsinin sədri Givi Tarqamadze ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti