...

Litva prezidenti: GUAM-ın bazasında yarandılmış təşkilat regionların problemlərini səmərəli həll edəcək

Dünya xəbərləri Materials 23 May 2006 16:00 (UTC +04:00)

Litva prezidenti Valdas Adamkus hesab edir ki, GUAM-ın bazasında yaradılmış beynəlxalq təşkilat regionların problemlərini səmərəli həll edəcək.

Trend agentliyinin "Podrobnosti.ua"ya istinadən xəbər verir ki, bu barədə V.Adamkus Borispol hava limanında jurnalistlərə bildirib.

"Mən hesab edirəm ki, təşkilat səmərəli olacaq, çünki biz regionların marağını müdafiə edəcək regional siyasi qüvvə yaradırıq" - deyə Litva prezidenti qeyd edib.

O vurğulayıb ki, bu beynəlxalq təşkilatın yaradılması müasir dövrə uyğundur.

Prezident deyib ki, Litvanın GUAM-ın Kiyevdəki zirvə görüşündə iştirakı bu ölkə tərəfindən təşkilata göstərilən dəstəyin təcəssümüdür.

Litvanın GUAM-a mümkün üzvlüyü haqqında suala cavab verən V.Adamkus xatırladıb ki, Litva AB-nın üzvüdür, ancaq GUAM-da da texniki baxımdan iştirak edir.

Xatırladaq ki, GUAM-ın ikigünlük zirvə görüşü mayın 22-də Kiyevdə başlanıb. Bu görüşdə GUAM-ın "GUAM-demokratiya və inkişaf uğrunda təşkilat"a çevrilməsi rəsmi bəyan olunacaq. Təşkilatın qərargahı Ukrayna paytaxtında yerləşəcək. Nizamnamə və ümumi bəyannamənin imzalanması da planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti