...

Repsol Exploration "Jambay"dan hasil edilən neftin 15% -ni Qazaxıstanın daxili bazarında satacaq

Dünya xəbərləri Materials 24 May 2006 12:37 (UTC +04:00)

Qazaxıstanın baş naziri Danial Axmetov Repsol Exploration Kazakhstan şirkətinin filialının baş meneceri Migel Anxel Korvalan Leonu qəbul edib. Trend in məlumatına görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildirilib.

Görüş zamanı şirkətin Qazaxıstanda gələcək fəaliyyəti məsələləri müzakirə olunub. Söhbət şirkətin Xəzərin Qazaxıstan sektorunun şimal hissəsində yerləşən "Jambay" yatağında neftin kəşfiyyatı və hasilatı üzrə layihədə mümkün iştirakından gedir. Repsol Exploration Kazakhstan ölkədə 1997-ci ildən Bayqanin blokunda neft kəşfiyyatı üzrə işlərə başlayıb.

Baş nazir bildirib ki, hökumət şirkətin Qazaxıstanda gələcəkdə fəaliyyət göstərməsinə etiraz etmir və Energetika Nazirliyinə və "Qazaxoyl" Milli Şirkətinə "Jambay" layihəsi üzrə müqavilənin imzalanması ilə bağlı danışıqları davam etdirməyi tapşırıb.

Hökumətin rəhbəri bildirib ki, onun imzalanmasının əsas kriteriyaları ölkənin energetika təhlükəsizliyi məsələlərinə, eləcə də hasil olunan məhsulun 15%-nin daxili bazara satışı üzrə şərtlərə sözsüz riayət olunması olmalıdır.

Xəbər lenti

Xəbər lenti