...

Böyük Britaniya polisi böyük anti-terror əməliyyatı aparır

Dünya xəbərləri Materials 24 May 2006 17:20 (UTC +04:00)

Böyük Britaniya polisi yerli vaxtla səhər saat 3-də böyük anti-terror əməliyyatına başlayıb. Bu əməliyyat, Trend agentliyinin "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, xaricdə terror fəaliyyəti göstərməkdə və beynəlxalq terrorizmdə əli olmaqda şübhəli bilinən şəxslərə qarşı yönəldilib. Əməliyyatda 500 polis əməkdaşı iştirak edir.

Böyük Mançestr qraflığının antiterrorçu polis bölmələri Şimali İngiltərədə 8 həbs əməliyyatı həyata keçirib: 7-si Mançestr və 1-i Mersisayd qraflığında.

Britaniya Daxili İşlər nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Şimali İngiltərədəki polis reydləri nazirliyin immiqrasiya xidmətinin təşəbbüsü ilə keçirilən əməliyyatın bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti