...

Gürcüstanın baş nazir müavini: Gürcüstan hakimiyyəti AB və NATO-ya inteqrasiyaya istiqamət tutub

Dünya xəbərləri Materials 25 May 2006 15:50 (UTC +04:00)

Gürcüstan hakimiyyəti Avropa Birliyi və NATO-ya inteqrasiyaya istiqamət tutub. Bu barədə Gürcüstanın baş nazir müavini Georgiy Baranidze MDB Hökumət Başçıları Şurası iclasının yekunları üzrə bildirib. Onun sözlərinə görə, hazırda Gürcüstanın NATO ilə əməkdaşlıq planıın tamamlanması başa çatır. Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, Gürcüstan bu təşkilatda üzvlüyə iddia edə biləcək dövlət olmaq üçün əlindən gələni etməlidir.

G.Baranidze deyib ki, Gürüstan İraqdakı əməliyyatı gələcəkdə də dəstəkləməyi məqsədəuyğun hesab edir.

Xəbər lenti

Xəbər lenti