...

Ermənistan parlamenti "Orinats Erkir" patiyasının üzvü olan 2 komissiya rəhbərini istefaya göndərib

Dünya xəbərləri Materials 25 May 2006 16:30 (UTC +04:00)

Ermənistan parlamenti "Orinats Erkir" patiyasının üzvü olan 2 komissiya rəhbərini istefaya göndərib.

Trend agentliyinin "ARKA"ya istinadən yaydığı məlumata əsasən, parlamentin bu günkü iclasında müdafiə, daxili işlər və milli təhlükəsizlik üzrə parlament komissiyasının rəhbəri Mqer Şaxgeldyan və sosial məsələlər, səhiyyə və ekologiya üzrə parlament komissiyanın sədri Qagik Mxeyanın istefası qəbul olunub.

M.Şaxgelğdyan və Q.Mxeyan mayın 22-də istefa haqqında ərizəyə imza atıb. Parlamentin reqlamentinə əsasən, onlar 3 gün ərzində ərizələrini geri götürmədiyi üçün istefaları qəbul olunmuş sayılır.

Xəbər lenti

Xəbər lenti