...

Kofi Annan ABŞ ilə İran arasında birbaşa dialoqun yaradılması vacibliyinə əvvəlkitək əmindir

Dünya xəbərləri Materials 25 May 2006 16:37 (UTC +04:00)

BMT baş katibi Kofi Annan ABŞ ilə İran arasında birbaşa dialoqun yaradılması leyhinə çıxış edir və dəfələrlə mövqeyinin dəyişməzliyi haqqında bəyanat verib.

Trend agentliyinin "İRNA"ya istinadən yaydığı məlumata əsasən, bu barədə jurnalistlərə BMT-nin mətbuat katibi Stefan Cüjarrik Nyu-Yorkdakı baş qərargahda deyib.

Mətbuat katibi qeyd edib ki, Kofi Annan İranın nüvə sahəsindəki fəaliyyəti ətrafında böhranın yarandığı vaxtdan bu ölkənin rəsmi nümayəndələri ilə əlaqə saxlayır.

Lakin Cüjarrik İran nümayəndələrinin K.Annandan ABŞ nümayəndələrinə məktub çatdırmağı xahiş etdiyini təsdiqləyə bilməyib.

Cənub-Şərqi Asiya ölkələri üzrə turnedə olan K.Annan səfər zamanı dəfələrlə bəyan edib ki, diplomatik səylərin davam etdirilməsi və ABŞ ilə İran arasında birbaşa dialoqun yaradılması vacibliyinə əvvəlkitək əmindir.

Xəbər lenti

Xəbər lenti