...

Belarus ABŞ və Kanada təyyarələrinə öz ərazisi üzərindən uçmağı qadağan edib

Dünya xəbərləri Materials 25 May 2006 17:45 (UTC +04:00)

Belorus ABŞ və Kanada təyyarələrinə öz ərazisi üzərindən uçmağı qadağan edib. Bu barədə Minskdə keçirilən mətbuat konfransında Belorusun XİN-nin mətbuat katibi Andrey Popov bildirib.

Trend in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, XİN nümayəndəsi Aleksandr Lukaşenkonun ABŞ və Kanadanın Belorus təyyarələrinin öz ərazilərində yerə enməsini qadağan etməsilə bağlı hökumətin adekvat tədbirlər görməli olduğu barədə fikirlərini şərh edərkən bildirib ki, Belarus simmetriklik prinsiplərinə ciddi əməl edəcək.

Aviasiya üzrə Dövlət Komitəsində hesab edirlər ki, Belarusun cavab tədbirlərinin tətbiqi əhəmiyyətli itkilərə yol verməyəcək. Komitənin mütəxəssislərinin fikrincə, Amerika və Kanada hava laynerlərinin tranzitə görə ödədikləri pulun məbləği təxminən ildə $200 min təşkil edir.

Xəbər lenti

Xəbər lenti