...

Ermənistanda mauqli tapılıb

Dünya xəbərləri Materials 26 May 2006 15:48 (UTC +04:00)

Ermənistanda mauqli tapılıb. Monqoloid və avropoid irqinin xüsusiyyətlərini özündə cəmləşdirən gənc adam Vanadzor dərəsində tapılıb. Xilasedicilər müxtəlif dillərdə müraciət etməsinə baxmayaraq, o anlaşıqlı bir cavab verə bilməyib. Bu barədə Ermənistanın ictimai televiziyası məlumat yayıb.

Trend agentliyi "Armİnfo"ya istinadən xəbər verir ki, erməni mauqlisi dünyanın müxtəlif guşələrində aşkarlanmış əvvəlki mauqlilərdən civil xarici görünüşü ilə fərqlənir. Onun üzərində qəhvəyi sviter, açıq yaşıl köynək və ağ ayaqqabılar olub.

Xəbər lenti

Xəbər lenti