...

Avropa Şurasının Venesiya Komsisiyası Gürcüstanda gözlənilən seçkilərə hazırlığın gedişilə tanış olur

Dünya xəbərləri Materials 26 May 2006 16:50 (UTC +04:00)

Avropa Şurasının Venesiya Komissiyası Gürcüstanın yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərə hazırlığın gedişilə tanış olur. Bununla əlaqədar AŞ Venesiya Komissiyasının seçki məsələləri üzrə eksperti mayın 25-də Gürcüstan Mərkəzi Seçki Komitəsinin sədri Quram Çalaqaşvili ilə görüşüb.

Gürücstanın MSK-dən "Black Sea Press"ə verilən məlumata əsasən, görüşdə MSK sədri Venesiya Komissiyasının ekspertlərini hazırlıq işləri ilə ətraflı tanış edib.

Trend agentliyinin "Gürcüstan Online"na istinadən yaydığı məlumata görə, görüşdə Bösniya və Hersoqovina MSK-nın keçmiş sədri Lidiya Koraç və Avropa Şurasının Gürücstandakı xüsusi nümayəndəsi İqor Qaon iştirak edib.

L.Koraç Gürcüstanda bələdiyyə seçkilərinə hazırlıq haqqında hesabat hazırlayaraq AŞ Venesiya Komissiyasına təqdim edəəck. Ekspertlərin Gürcüstana növbəti səfəri iyun ayına planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti