...

"KazMunayQaz" Atasu-Alaşankou neft kəmərində doldurma işlərinin başa çatdığını bəyan edir

Dünya xəbərləri Materials 27 May 2006 12:15 (UTC +04:00)

KazMunayQazın mətbuat xidməti Atasu-Alaşankou neft kəmərində doldurulma işlərinin başa çatdığını xəbər verib. Bu barədə Trend agentliyinin Qazaxıstandakı xüsusi müxbiri məlumat verib.

Mayın 25-də Atasu-Alaşankou kəmərənin Çin Xalq Respublikasının ərazisindən keçən hissəsində doldurma işləri başa çatıb. Həmin hissə "KazMunayQaz" neft şirkətilə Çin Milli Neft Korporasiyası arasında 2004-cü ilin mayın 17-də imzalanmış sazişə əsasən aparılıb. Doldurulma üçün lazım olan texniki neftin ümumi həcmi 400 min tondan çox təşkil edib.

Kəmərin doldurulması mərasimi 2005-ci ilin dekabrın 15-də keçirilib. Atasu-Alaşankou kəmərinin uzunluğu 962,2 km. təşkil edib. Kəmərin diametri - 813 mm-dir. Layihəyə əsasən, kəmərin nəql etmə qabiliyyəti 20 mln. tondur. Kəmər ÇXR-dək 3 vilayətdən (Karaqanda, Şərqi-Qazaxıstan və Almatı) keçir.

Xəbər lenti

Xəbər lenti