...

Nekaya çatdırılan Qazaxıstan netfinin artırılması Qazaxıstan xarici işlər nazirinin İrana səfəri zamanı müzakirə ediləcək

Dünya xəbərləri Materials 30 May 2006 16:30 (UTC +04:00)

Qazaxıstanın xarici işlər naziri Kasımjomart Tokayev İrana rəsmi səfər edəcək. Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Erjan Aşikbayevin Trend in Qazaxıstandakı xüusi müxbirinə verdiyi məlumata görə, səfər iyunun 6-7-nə planlaşdırılıb.

Səfər çərçivəsində nazirin İran prezidenti Mahmud Əhmədinejad, xarici işlər naziri Mənüçöhr Möttəki və Milli Təhlükəsizlik üzrə Ali Şuranın sədri Əli Laricani ilə görüşləri planlaşdırılıb. Tərəfləri ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və genişləndirilmə perspektivlərini müzakirə edəcək. Energetika, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlıq məsələlərini müzakirə etmək planlaşdırılır.

Xüsusilə də, İranın cənubunda SVOP əməliyyatları üzrə əvəzləmə yolu ilə Neka limanına çatdırılan Qazaxıstan neftinin artırılması nəzərdən keçiriləcək.

Bundan əlavə, Qazaxıstan buğdasının idxalını və regionun tranzit-nəqliyat potensialının artırılması mümkünlüyyünə də toxunmal ehtimal olunur.

Danışıqlar zamanı Xəzər dənizinin hüquqi statusunun nizamlanması ilə bağlı fikir mübadiləsi də aparılacaq.

Xəbər lenti

Xəbər lenti