...

Sergey Lavrov Türkiyədə regional problemləri müzakirə edəcək

Dünya xəbərləri Materials 31 May 2006 14:34 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 31 may-1 iyun tarixində Türkiyəyə səfəri çərçivəsində bu ölkənin XİN rəhbərliyi ilə danışıqlar aparacaq və prezident Əhməd Necdət Sezərlə görüşəcək.

Trend in "İran.ru"ya istinadən xəbər verdiyi kimi, RF XİN mətbuat xidmətinin məlumatına görə, İstanbulda S.Lavrov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının mənzil qərargahına baş çəkməyi və bu təşkilatın katibliyi ilə danışıqlar aparmağı planlaşdırır.

Tərəflər İraq və Yaxın Şərq münaqişələrinin nizamlanması prespektivlərini, İranın nüvə prorqramı ətrafında yaranmış vəziyyəti, Zaqafqaziya və Mərkəzi Asiyadakı mövcud vəziyyəti, Kipr problemini və gələcəkdə terrorçuluqla mübarizə məsələlərini müzakirə edəcək.

"BLEKSİFOR" beynəlxalq operativ hərbi-dəniz qruplaşmasının fəaliyyətinə və Rusiyanın Türkiyənin "Qara dəniz harmoniyası" adlı sülhməramlı əməliyyatına qoşulmasına əsas diqqətin ayrılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti