...

Böyük Britaniya polisi şahzadə Diananın ölümü ilə bağlı yeni məlumatlar əldə edib

Dünya xəbərləri Materials 31 May 2006 19:54 (UTC +04:00)

London mətbuatının yaydığı xəbərə əsasən, Böyük Britaniya polisi şahzadə Dianın 1997-ci ildə Parisdə avtomobil qəzasına düşməsilə bağlı yeni şahidlər tapıb.

Trend agentliyinin "İNTERFAKS"a istinadən yaydığı məlumata əsasən, belə bir bəyanatla London polisinin keçmiş rəisi ser Con Stivens çıxış edib, lakin şahidlərin adlarını çəkməkdən imtina edib.

C.Stivens deyib ki, şahzadə və onun dostuna qarşı sui-qəsdin təşkili versiyası da hələ istisna olunmur.

Fransız hakiminin əvvəllər elan etdiyi hökmə əsasən, faciəyə səbəb Paris küçələrində sürəti artırmış sərxoş sürücü olub.

Xəbər lenti

Xəbər lenti