...

Corc Buş İranın nüvə probleminin hərbi yola həllini istisna etmir

Dünya xəbərləri Materials 1 İyun 2006 11:39 (UTC +04:00)

ABŞ-ın "Avropa üçlüyü"nün İranla bağlı birbaşa danışıqlarında iştirak etmək təklifi Vaşinqtonun Tehranın nüvə probleminin hərbi yolla həlli varinatını nəzərdən keçirməməsi demək deyil. Bu barədə ABŞ dövlət katibi Kondoliza Rays bəyan edib.

"Heç nə prezidentin hərbi qüvvədən istifadə variantını bir kənara qoymasından xəbər vermir", - deyə K.Rays Si-bi-es telekanalına müsahibəsində bildirib.

Trend in RİA Novosti agenntliyinə itstinadən xəbər verdiyi kimi, o, ABŞ tərəfindən İrana təhlükəsizliklə bağlı hər hansı zəmanətin verilməsi mümkünlüyünü rədd edib.

"İranlılar o vəziyyətdə deyil ki, təhlükəsizlik üçün zəmanətdən də danışılsın", - deyə dövlət katibi qeyd edib. Onun sözlərinə görə, ABŞ hesab edir ki, məhz "İranın hərəkəti" regionda təhlükəsizliklə bağlı problemlər yaradır. "Buna görə də təkcə bu hərəkətin dəyişməsi "bütün regionun daha təhlükəsiz" olmasına imkan verəcək", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti