...

V.Putin RF-nin Silahlı qüvvələrində peşə bayramlarının və unudulmaz günlərin yeni siyahısını təsdiq edib

Dünya xəbərləri Materials 1 İyun 2006 18:42 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə RF-nin Silahlı qüvvələrində peşə bayramlarının və unudulmaz günlərin yeni siyahısını təsdiq edib. Bu barədə Rusiya dövlətinin başçısının mətbuat xidməti xəbər verib. Xəbərdə deyilir ki, bu, hərbi ənənələrin bərpası və inkişafı, hərbi xidmətin nüfuzunun artırılması məqsədi ilə və dövlətin müdafiə və təhlükəsizliyinin təmin olunma məsələsinin həllində hərbi mütəxəssislərin xidmətlərinə hörmət əlaməti olaraq edilib.

"Trendin" verdiyi məlumata görə, fərmana əsasən aşağıdakı peşə bayramları müəyyən olunub: Hüqüq xidməti mütəxəssisinin günü - 29 mart; Hərbi komissarlığın əməkdaşlarının günü - 8 aprel; Radioelektron mübarizə üzrə mütəxəssislərin günü - 15 aprel; Nüvə təmintaı üzrə mütəxəssis günü - 4 sentyabr; Tankist günü - sentyabrın ikinci bazar günü; Hərbi rabitəçi günü - 20 oktyabr; Hərbi kəşfiyyatçı günü - 5 noyabr.

Həmçinin, fərmana əsasən, aşağıdakı unudulmaz günlər müəyyən olunub: Mühəndis qoşunları günü - 21 yanvar; Hava hücumundan müdafiə qoşunları günü - aprelin ikinci bazar günü; Hərbi - dəniz donanması günü - iyulun sonuncu bazar günü; Rusiya Federasiyası Silahlı qüvvələrinin cəbhə arxası günü - 1 avqust; Hava -desant qoşunları günü - 2 avqust; Dəmiryolu qoşunları günü - 6 avqust; Hərbi- hava qüvvələri günü - 12 avqust; Rusiya qvardiyası günü - 2 sentyabr; Quru qoşunları günü - 1 oktyabr; Kosmik qoşunlar günü - 4 oktyabr; Xüsusi təyinatlı bölmələr günü - 24 oktyabr; Radiasiya, kimya və bioloji müdafiə qoşunları günü - 13 noyabr; Raket qoşunları və artilleriya günü - 19 noyabr; Strateji təyinatlı Raket qoşunları günü - 17 dekabr.

Xəbər lenti

Xəbər lenti