...

Gürcüstanın baş naziri: "Qazaxıstan MDB-yə sədrlik edərək onun islahatçısı ola bilər"

Dünya xəbərləri Materials 2 İyun 2006 14:45 (UTC +04:00)

Qazaxıstanın MDB-də sədrliyi bu il ciddi islahatçılığa təkan verə bilər. Kazinformun verdiyi xəbərə görə, bu barədə bu gün Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevlə görüşdən sonrakı brifinqdə Gürcüstanın baş naziri Zurab Noqaideli danışıb.

Trend in KAZİNFORM-a əsasən verdiyi xəbərə görə, onun fikrincə, "ola bilər ki, MDB həqiqətən də effektiv, təsirli təşkilata çevrilir ki, bu təşkilatda iştirakçılar onları narahat edən problemləri müzakirə edəcək, onları təmin edən qərarları qəbul edəcək və bu qərarlar yerinə yetiriləcək", - o qeyd edib.

Gürcüstanın baş naziri həmçinin bildirib ki, "son zamanlar ölkələr arasındakı ikitərəfli münasibətlər effektiv surətdə inkişaf edir". "2006-cı ildə Qazaxıstan Gürcüstanın iqtisadiyyatında bir nömrəli investordur və bu son hədd deyil, - o qeyd edib. - Mənim fikrimcə, ilin sonuna qədər biz Gürcüstan üçün Qazaxıstan investorları ilə birgə 3-4 miqyaslı layihə həyata keçirəcəyik".

2005-ci ildə Qazaxıstan və Gürcüstan arasındakı ticarət tədavülü 51% artıb. "Qazaxıstan Respublikasının prezidenti müvafiq nazirliklərə və idarələrə tapşırıqlar verib ki, biz Gürcüstan və Qazaxıstanı eyni dərəcədə maraqlandıran konkret əmtəə qruplarından keçək və ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verək", - Z.Noqaideli bildirib.

Xəbər lenti

Xəbər lenti