...

Türkiyədə millyonçuların sayı 14 min nəfərə çatıb

Dünya xəbərləri Materials 3 İyun 2006 12:25 (UTC +04:00)

Türkiyə banklarına nəzarət və tənzimləmə Agentliyinin statistik məlumatlarına əsasən, ölkədə əmanətlərini banklarda milli valyuta ilə saxlayan millyonçuların sayı artmaqdadır.

Trend in Türkiyədəki xüsusi müxbirinin xəbər verdiyi kimi, son il ərzində onların sayı 14 minə çatıb.

Onlar, əsasən, əmanətlərini banklarda milli valyuta (lirə) və faizlə saxlayan ölkə vətəndaşlarıdır.

O da qeyd olunur ki, son illər ərzində Türkiyədə milyonçuların sayı 2,5 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti