...

ABŞ İranın neft təhdidini nəzəri təhdid adlandırıb

Dünya xəbərləri Materials 6 İyun 2006 13:51 (UTC +04:00)

İranın neft tədarükünü azaltmaq təhdidi "nəzəri" təhdiddir. Bu barədə bazar ertəsi Ağ Ev əmin-amanlığa dəvət edərkən bildirib.

Trend in Reyterə əsasən verdiyi xəbərə görə, bir gün əvvəl İranın ali lideri ayətulla Əli Xamneyi bildirib ki, əgər ABŞ "səhv qərar" çıxarsa, Yaxın Şərqdən enerji daşıyıcılarının ixracı təhlükə altında ola bilər.

Vaşinqton ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniyanın İranın nüvə proqramının bağlanmasına yönəlmiş təkliflər paketini gözdən keçirmək üçün İrana vaxt verməyi təklif edib.

Ağ Evin mətbuat katibi Toni Snou bildirib: "O, bu təhdidi ABŞ -ın ora zorla daxil olmaması üçün edib, bu nəzəri bəyanat idi".

Snou deyib: "Biz səbirli olmağa çağırırıq".

Qərb ölkələri İranın nüvə silahı yaradacağından ehtiyat edirlər. İran iddia edir ki, onun nüvə proqramı yalnız sülh məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti