...

Şərqi Gürcüstan yenə də işıqsız qalıb

Dünya xəbərləri Materials 6 İyun 2006 14:07 (UTC +04:00)

Şərqi Gürcüstan "Tbilres"-dəki qəza səbəbindən işıqsız qalıb. Burada dördüncü enerji bloku kəsilib. Trend in "Qazeta.Ru"-ya əsasən verdiyi xəbərə görə, Tbilisi metropoliteni, həmçinin paytaxtın həyat əhəmiyyətli obyektləri beş dəqiqə ərzində işıqsız qalıb.

"Telasi" bölüşdürücü şirkətindən qəzanın səbəbi barədə xəbər verilməyib. Son həftə ərzində Şərqi Gürcüstan artıq ikinci dəfədir ki, işıqsız qalır.

Xəbər lenti

Xəbər lenti