...

ÇXR nümayəndəsi Şanxay Əməkdaşlıq Təşkilatı sammitində İran prezidenti ilə görüşəcək

Dünya xəbərləri Materials 8 İyun 2006 16:58 (UTC +04:00)

Şanxay əməkdaşlıq təşkilatı (ŞƏT) ölkə başçıları Şurasının 15 iyun 2006-cı ildə Şanxayda keçiriləcək altıncı iclası zamanı ÇXR nümayəndəsi Xu Szintao və İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad arasında görüş olacaq. Bu barədə Çinin xarici işlər nazirinin bəyanatına əsasən (C) Associated Press xəbər verib.

Trend in verdiyi xəbərə görə, ehtimal edilir ki, görüş zamanı tərəflər İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər. İran prezidentinin müşahidəçi qismində görüşə dəvət olunması Avropa birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana tərəfindən təqdim olunmuş yeni beynəlxalq təşəbbüslər paketi çərçivəsində Çin və Rusiyanın İranın nüvə proqramınının perspektivlərini müzakirə etmək fikrini əks etdirir. İran uranın zəncinləşdirilməsindən imtina etdiyi təqdirdə, ona təhlükəsiz nüvə texnologiyalarının verilməsi təklif olunur.

Şanxay əməkdaşlıq təşkilatına Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Çin daxildir. Monqolustan, Pakistan, Hindistan və İran təşkilatda müşahidəçi statusuna malikdir.

Xəbər lenti

Xəbər lenti