...

V.Putin Çernoqoriya Respublikasının tanınması haqqında fərman imzalayıb

Dünya xəbərləri Materials 12 İyun 2006 17:46 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin "Çernoqoriya Respblikasının tanınması haqqında" fərman imzalayıb. Rusiya başçısı mətbuat xidmətinin bildirdiyi kimi, fərmanda deyilir: "21 may 2006-cı ildə Çernoqoriya Respublikasında keçirilən referendumun yekunlarına görə, bu respublikanın parlamenti 3 iyun 2006-cı ildə Çernoqoriya Respublikasının müstəqilliyi haqqında qərarı və müstəqil Çernoqoriya Respublikasının bəyannaməsini qəbul etdiyindən, Çernoqoriya Respublikası müstəqil və suveren dövlət kimi tanınsın".

Trend in verdiyi xəbərə görə, bununla əlaqədar RF prezidenti səfirlər səviyyəsində diplomatik münasibətlərin qurulması və Çernoqoriya Respublikasının Podqoritse şəhərində Rusiya Federasiyasının Baş konsulluğunun yaradılması barədə Çernoqoriya Respublikası ilə danışıqlar aparmağı, həmçinin əldə olunmuş razılaşmaları müvafiq sənədlərlə rəsmiləşdirməyi Rusiya Federasiyası Xarici işlər Nazirliyinə həvalə edib.

Xəbər lenti

Xəbər lenti