...

Mixail Saakaşvili: Gürcüstanda inqilab hələ bitməyib

Dünya xəbərləri Materials 12 İyun 2006 19:16 (UTC +04:00)

Gürcüstanda hər gün inqilab baş verir və bu inqilab 23 noyabr 2003-cü ildə bitməyib. Bu barədə bu gün Apelyasiya məhkəməsinin yeni qurulmuş binasının açılış mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib.

"Bu Senaka hərbi bazasının, Respublika xəstəxanasının açılışı, yolların yenidən qurulmasından ibarət hadisələrin aramsız zənciridir. İnqilabın son nəticəsi isə ölkədə ədalətin qurulması olacaq, 23 noyabrda isə inqilab hələ yenicə başlayırdı", - deyə prezident qeyd edib.

Trend in KAFKAZ-PRESS-ə istinadən verdiyi xəbərə görə, Saakaşvili qeyd edib ki, gələcəkdə hakimlər indi olduğu kimi 10 il müddətinə deyil, ömürlük seçiləcək və daha müstəqil olacaqlar. "Bu keçid dövrü üçün qəbul olunmuş qərar idi və deyə bilərəm ki, indi bütün hakimlər ömürlük təyin olunacaqlar", - deyə prezident qeyd edib.

Yeni binalf 21 yeni iclas zalı, vətəndaşlar üçün qəbul otağı, səsgücləndiriciləri və s. təmir olunub. Bundan başqa, hakimlər iclas zalında videomateriallara da baxa bilərlər.

Binanın təqdim olunması və açılışı ilə əlaqədar, Apelyasiya məhkəməsində bu gün heç bir proses olmayıb.

Xəbər lenti

Xəbər lenti