...

ABŞ RF-nin nüvə silahı haqqında daha çox məlumat əldə etmək istəyir

Dünya xəbərləri Materials 13 İyun 2006 15:26 (UTC +04:00)

Birləşmiş Ştatlar Rusiyanın taktiki nüvə silahı və onun tətbiqi doktrinası barədə "daha çox məlumat əldə etmək istəyir". Bu barədə anonim olmaq şərti ilə ABŞ administrasiyasının nümayəndəsi xəbər verib.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, hər iki ölkəyə "nüvə silahına aid məsələdə daha əhəmiyyətli transparantlıq" lazımdır. Bu zaman ekspert bildirib ki, ABŞ -ın taktiki nüvə silahının arsenalı "soyuq müharibə" dövrü ilə müqayisədə son illər ərzində "90-95 faiz azaldılıb".

ABŞ dövlət katibinin müavini Robert Cozefin bildirdiyi kimi, Rusiya taktiki nüvə silahına "getdikcə daha da çox ümid edəcək". Amerikalı diplomat güman edir ki, bu sahədə ABŞ və Rusiya arasında "əsl disbalans" mövcuddur.

Xəbər lenti

Xəbər lenti