...

V.Putin: Rusiya dünya iqtisadi problemlərinin həllinə töhfə verə bilər

Dünya xəbərləri Materials 13 İyun 2006 15:46 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putinin fikrincə, Moskva ümumdünya iqtisadi problemlərinin həllinə böyük töhfə verə bilər.

Trend agentliyinin "Novosti" RİA-ya istinadən yaydığı məlumata əsasən, Peterburq İqtisadi Formunun açılışında Rusiya prezidenti deyib ki, Moskva bu problemlərin həllinə böyük töhfə verə bilər və artıq özünü etibarlı və məsuliyyətli tərəfdaş kimi göstərib.

O qeyd edib ki, forumun gündəliyində ümumdünya iqtisadi inkişafını əngəlləyən maneələrə cavab axtarışı daxildir.

Prezident deyib ki, bu maneələrə birgə səylərlə cavab vermək lazımdır. O izah edib ki, söhbət dünya maliyyə sisteminin sabitliyinin pozulması, zəngin və yoxsul ölkələrin inkiaşfındakı fərqin aradan qaldırılması və qlobal təhlükəsizliyin təmin edilməsindən gedir.

Xəbər lenti

Xəbər lenti