...

Rusiyanın müdafiə naziri Gürcüstanın Şərqi Avropadan silah almasından narahatdır

Dünya xəbərləri Materials 14 İyun 2006 12:35 (UTC +04:00)

Rusiya baş nazirinin müavini, müdafiə naziri Sergey İvanov Gürcüstanın Şərqi Avropa ölkələrindən silah almasından narahatlıq ifadə edib.

"Son 1-2 il ərzində Gürcüstanın Şərqi Avropa ölkələrindən çoxlu miqdarda sovet silahı alması narahatlıq doğurur", - deyə S.İvanov jurnalistlərə bildirib.

"Gürcüstanın hərbi büdcəsi mənə məlum deyil, ancaq bu fakt narahatlıq yaradır", - deyə nazir qeyd edib. " Gürcüstana döyüş sursatları, atıcı silahlar gətirilir", - deyə S.İvanov vurğulayıb.

Bu barədə Trend Praym-Nyusa istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti