...

Putin söhbəti iqtisadi əməkdaşlığa yönəldir

Dünya xəbərləri Materials 14 İyun 2006 16:29 (UTC +04:00)

İyunun 13-də Sankt-Peterburqda keçirilmiş görüşdən əvvəl və sonra Gürcüstan prezidenti Mixail Saakaşvilinin münaqişələrin həlli məsələsini müzakirə etmək cəhdlərinə baxmayaraq Rusiya prezidenti Vladimir Putin söhbəti ikitərəfli iqtisadi əlaqələrin əhəmiyyəti üzərində qurub.

Trend agentliyinin "Gürcüstan Online"yə istinadən yaydığı məlumata görə, Rusiya prezidenti bəyan edib ki, 2005-ci ildə Gürcüstanda Rusiya investisiyalarının həcmi 5 dəfə artıb. Nəticədə, onun sözlərinə görə, Rusiya Gürcüstan iqtisadiyyatında 1 saylı investora çevrilib.

M.Saakaşvili qeyd edib ki, o, Sankt-Peterburqun daha da gözəlləşdiyinin şahidi olub və Tbilisi də son vaxtlar xeyli dəyişib.

"Gürcüstana gəlsəniz görərsiniz ki, Tbilisi və Acarıstanın paytaxtı da dəyişib" - deyə M.Saakaşvili vurğulayıb.

Buna cavab olaraq V.Putin Rusiya investisiyalarının Tbilisi və Gürcüstanın digər bölgələrinin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti