...

ABŞ Senatı İrana qarşı amansız sanksiya yürütməkdən imtina edib

Dünya xəbərləri Materials 16 İyun 2006 15:33 (UTC +04:00)

ABŞ Senatı cümə günü keçirilən iclasda Tehranın uranın zənginləşdirilməsi proqramından imtina etdiyi halda, İranla danışıqlara getmək barədə Corc Buşun qərarını yekdilliklə dəstəkləyib.

Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hazırda senat tərəfindən gözdən keçirilən 2007-ci il hərbi büdcə layihəsində edilmiş müvafiq düzəliş səsvermədə iştirak edən 99 senator tərəfindən təsdiq olunub.

Düzəliş ABŞ Dövlət katibi Kondoliza Raysın mayın 31-də səsləndirdiyi Buş administrasiyasının diplomatik təşəbbüsünü təqdir edir. Mayın 31-də ABŞ dövlət katibi bildirmişdi ki, İran tərəfi uranın zənginləşdirilməsindən imtina etdiyi halda, ABŞ "Avropa üçlüyü"nün İranla apardığı danışıqlara qoşulacaq.

Düzəlişin müəllifi, xarici işlər üzrə senat komitəsi başçısının müavini, senator-demokrat Cozef Baydenin Vaşinqtonda yayılmış bəyanatında deyilir: "Prezident kursu dəyişməkdə və İranla birbaşa danışıqlar üçün Avropa müttəfiqlərimizə, həmçinin Rusiya və Çinə qoşulmaq barədə təkliflə müraciət etməkdə haqlı idi".

Cümə günü senat ABŞ tərəfindən İrana qarşı tətbiq olunmuş birtərəfli sanksiyaları amansızlaşdırmaqdan imtina edib. 54 "əleyhinə" və yalınz 45 "lehinə" səslə senat senator - respublikaçı Rik Santorum tərəfindən təklif olunmuş düzəlişi dəstəkləməyib.

Santorumun düzəlişinin mətni İrana qarşı sanksiyalar haqqında qətnamənin BMT TŞ-a qəbul olunması üçün ABŞ prezidentinə çağırışdan ibarət idi, həmçinin düzəlişdə energetikanın inkişafında və neftçıxarma sektoruna sərmayə qoymaqda İrana yardım edən və bunun üçün İran tərəfinə maliyyə, kredit və maliyyə zəmanətləri təqdim edən xarici ölkələrə qarşı bir sıra sərt tədbirlər nəzərdə tutulmuşdu.

Senatdakı səsvermənin nəticələrini şərh edən senator Bayden öz bəyanatında bildirib ki, "Santorumun düzəlişi çox mühüm danışıqlarda ABŞ prezidentinin çevikliyini məhdudlaşdıra və müttəfiqlərimizin köməyinə ehtiyac duyduğumuz vaxtda, bizimlə onlar arasında nifaq sala bilərdi".

Xəbər lenti

Xəbər lenti