...

Gürcüstan Maliyyə Nazirliyi beynəlxalq layihələr üzrə məlumat bazası yaradır

Dünya xəbərləri Materials 17 İyun 2006 11:35 (UTC +04:00)

Gürcüstanın Maliyyə Nazirliyi Gürcüstanda həyata keçirilən xarici layihələr üzrə məlumat bazası yaradır. Bu barədə Gürcüstan maliyyə naziri Aleksi Aleksişvili Gürcüstanın diplomatik missiyaları və beynəlxalq donor təşkilatların nümayəndələri ilə görüşdən sonra xəbər verib.

Trend in verdiyi xəbərə görə, nazir bildirib ki, donor nümayəndələri hökümətin hazırladığı "2007-2010-cu illər üçün Gürcüstanın inkişaf strategiyası"nın əsas istiqamətləri ilə tanış olub. Bu zaman, Aleksi Aleksişvilinin sözlərinə görə, strategiyanın uğurla yerinə yetirilməsi üçün xaricdən Gürcüstana daxil olan yardım üzrə məlumat bazasının yaradılması zəruridir.

Nazir qeyd edib ki, məlumat bazası cəmiyyətə xarici təşkilatların yardımı barədə ətraflı məlumat əldə etmək imkanı verəcək. Həmçinin məlumat bazası donorların sosial sahə, təhsil, infrastruktur və səhiyyəyə ayırdığı pul vəsaitlərinin düzgün paylaşdırılmasında donor və hökümətin fəaliyyətinə yardım etməlidir.

"2007-2010-cu illər üçün Gürcüstanın inkişaf strategiyası" hökümətin makroiqtisadi və xəzinə parametrlərinin proqnozuna və dövlət büdcəsinin prioritet istiqamətlərinə baxışını əks etdirir.

O cümlədən, sənəddə qeyd olunub ki, real ÜDM-in artımı 2006-cı ilin sonunda 7,5 %, 2007-ci ilin sonunda - 7,0%, 2008-ci ilin sonunda - 6,0%, 2009-cu ilin sonunda 5,5%, 2010-cu ilin sonunda isə 5,5% təşkil edəcək.

ÜDM nominalda 2006-cı ilin sonundakı 13 milyard laridən (7,2 milyard ABŞ dolları) 2010-cu ilin sonunda 19,6 milyard lariyə qədər (10,8 milyard dollar) artacaq. İllik inflyasiyanın səviyyəsi, proqnoza görə, yaxın illərdə 5% həddində, larinin dollara nisbətdə məzənnəsi - 1,79 GEL/$1 qalacaq.

Xəbər lenti

Xəbər lenti