...

Mixail Saakaşvilinin fikrincə, Gürcüstanda təxribat maşını işə salınıb

Dünya xəbərləri Materials 19 İyun 2006 15:00 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili qonşu ölkələrin birinin xüsusi xidmət orqanları tərəfindən respublikanın daxili təhlükəsizliyi üçün "təhlükə"nin olduğunu bəyan edib. Bunu o, Gürcüstanın "İmedi" teleşirkətinə müsahibəsində bildirib.

"Hazırda Gürcüstanda təxribat və təbliğat maşını işə salınıb. Televizoru qonşu dövlətin kanalına çevirsək, onu görə bilərik" - deyə M.Saakaşvili qeyd edib.

Trend agentliyinin "Novosti" RİA-ya istinadən yaydığı məlumata əsasən, dövlət başçısı məhz hansı təhlükədən söhbət getdiyini və bunda kimin maraqlı olduğunu dəqiqləşdirməyib. Lakin Gürcüstanın keçmiş təhlükəsizlik naziri İqor Georgadze və Acarıstanın keçmiş rəhbəri Aslan Abaşidzenin siyasi fəallığı barədə suala cavab verən M.Saakaşvili deyib: "Onlar Gürcüstan üçün siyasi təhlükə deyil. Onlar daxili təhlükəsizlik baxımından risk törədir".

"Mən onlara xüsusi rol ayırmazdım, amma diqqəti azaltmaq da olmaz" - deyə o xəbərdarlıq edib.

Gürcüstanın MDB-nin tərkibində qalmasına gəldikdə, prezident deyib ki, Tbilisi bu təşkilatda yalnız rəsmi olaraq qalmaq fikrində deyil.

"Biz MDB-də hər şeyin əvvəlki kimi davam etdiyini və ya nəyinsə dəyişdiyini aydınlaşdırmalıyıq" - dey o vurğulayıb. Prezident əlavə edib ki, Gürcüstan təşkilatdan çıxdığı təqdirdə ikitərəfli hüquqi əlaqələrin yaradılması üçün MDB üzrə tərəfdaşları ilə məsləhətləşmələri davam etdirir.

Xəbər lenti

Xəbər lenti