...

Rusiya Avropaya enerji daşıyıcıları tədarük edən ən etibarlı və sabit ölkədir

Dünya xəbərləri Materials 19 İyun 2006 19:00 (UTC +04:00)

Rusiya Avropaya enerji daşıyıcıları tədarük edən ən etibarlı və sabit ölkədir. Bu barədə bu gün Almaniyanın keçmiş kansleri Herhard Şröder Moskvada keçirilən investorların illik konfransında bildirib. Trend in "Qolos Rossii" radiosuna istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, Rusiyadan neft və qaz tədarükü Yaxın və Orta Şərq, həmçinin Afrika ölkələrindəki qeyri-sabit vəziyyəti nəzərə aldıqda xüsusilə vacibdir. Onun fikrincə, 20 ildən sonra Avropanın Rusiya qazının tədarükündən asılılığı bu günkü 40%-ə nisbətən 70%-ə qədər, neft üzrə isə 75%-lə müqayisədə 80 % qədər artacaq. Şröder, xüsusilə geoloji kəşfiyyat sahəsində Rusiya və Qərb şirkətlərinin daha sıx qarşılıqlı əlaqəsi barədə öz fikrini bildirib. "Eyni zamanda Avropa hələ Rusiya enerjisinə görə Asiya ölkələri - Çin, Hindistan, Yaponiya və Malayziya ilə mübarizə aparmalıdır", - deyə eks-kansler vurğulayıb.

Xəbər lenti

Xəbər lenti