...

Tiflisdə enerji təhlükəsizliyi üzrə beynəlxalq konfrans öz işinə başlayıb

Dünya xəbərləri Materials 20 İyun 2006 13:31 (UTC +04:00)

İyunun 20-də Tiflisdə "Avrasiyada enerji təhlükəsizliyi - bazara çıxış və investisiya siyasəti"nə həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb və iyunun 21-dək davam edəcək.

Dövlət dəftərxanasından Praym-Nyus-a verilən məlumata görə, konfrans Gürcüstan hökumətinin təşəbbüsü, ölkə prezidenti və Beynəlxalq Enerji Agentliyinin dəstəyi ilə keçirilir.

Konfransda Avrasiyada Mərkəzi Asiya təbii qazının artan rolu, enerji daşıyıcılarının tədarükündə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən "Enerji daşıyıcılarının nəqli üzrə Cənub dəhlizi"nin inkişafı ilə bağlı məsələlər müzakirə olunur.

Konfransın açılışında prezident Mixail Saakaşvili çıxış edib. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti