...

İranın xarici işlər naziri: C.Buş İranın nüvə probleminin həllində tələsməməlidir

Dünya xəbərləri Materials 22 İyun 2006 16:38 (UTC +04:00)

"ABŞ prezidenti Corc Buş İranın nüvə probleminin həllində tələsməməlidir". Bu barədə İranın xarici işlər naziri Manuçöhr Möttəki bəyan edib. "Prezident C.Buş tələsməməlidir: Havyer Solana iyunun 6-da bizə öz təkliflərini təqdim etdikdə hər hansı bir yekun tarix razılışdırılmadı" - deyə M.Möttəki İtaliyanın "RAI" dövlət televiziyasına müsahibəsində bildirib.

Trend agentliyinin "İran.ru"ya istinadən yaydığı məlumata əsasən, bu bəyanata səbəb C.Buşun iyunun 21-də Vyanada təşkil olunmuş AB-ABŞ zirvə görüşündə dedikləri olub. Öz nitqində Amerika prezidenti İran hökumətini vaxtı uzatmaqda gunahlandırıb və İranın nüvə probleminin həlli haqqında yeni təkliflər paketinə yaxın "aylar" ərzində deyil, "həftələr" ərzində cavab verməyə çağırıb.

Elə həmin gün C.Buşun bəyanatından əvvəl İran prezidenti Mahmud Əhmədinejad deyib ki, Tehran avqustun ortalarında dünya ictimaiyyətinin təşəbbüsünə rəsmi cavab verəcək.

Qeyd edək ki, 2006-cı ilin iyunun 6-da Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Havyer Solana İran rəhbərliyinə Rusiya, Çin, Böyük Britaniya, Fransa, ABŞ və Almaniya tərəfindən bəyənilmin təşəbbüslər paketini təqdim edib.

Xəbər lenti

Xəbər lenti