...

Ermənistanın AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə dair məruzə 2007-ci ilin ortalarında təqdim olunacaq

Dünya xəbərləri Materials 23 İyun 2006 11:18 (UTC +04:00)

Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə dair məruzə 2007-ci ilin ortalarında təqdim olunacaq.

Bu barədə iyunun 23-də jurnalistlərə Ermənistan parlamentinin spikeri Tiqran Torosyan bəyan edib.

"Məruzə iyun və ya oktyabr aylarında təqdim olunacaq", - deyə T.Torosyan bildirib.

Trend in ARKA-ya istinadən xəbər verdiyi kimi, spikerin sözlərinə görə, 2007-ci ilin yanvarında AŞ respublikanın konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı öhdəlikləri yerinə yetirməsi barədə məruzə təqdim edəcək.

"AŞ-nin sonuncu məruzəsi iki bundan əvvəl, 2004-cü ilin oktyabrında təqdim olunub. Bu isə o deməkdir ki, Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi prosesi yaxşı gedir", - deyə spiker qeyd edib.

Xəbər lenti

Xəbər lenti