...

Gürcüstan parlamentinin erməni deputatı Azərbaycan motivlərini dinləməyi sevir

Dünya xəbərləri Materials 23 İyun 2006 15:45 (UTC +04:00)

Gürcüstan parlamentinin vitse-spikeri bu gün deputatlara mobil telefonlarda musiqi əsərlərinə qulaq asmağı qadağan edib. Trend in Gürcüstandakı xüsusi müxbirinin verdiyi xəbərə görə, o, Azərbaycan havalarına qulaq asmaq üçün telefonunu Gürcüstan parlamentinin erməni deputatı Van Bayburta verən deputat Koba Pxakadzenin telefonunu əlindən alıb.

V.Bayburtun dediyinə görə, o, Azərbaycan havalarına qulaq asmağı sevir və onlara ucadan qulaq asıb. Bu isə Gürcüstan parlamentinin iclasını aparan vitse-spiker Mixail Maçavarianinin qəti etirazına səbəb olub.

Vitse-spiker deputatları məzəmmət edib və K.Pxakadzenin telefonunu əlindən alıb.

Xəbər lenti

Xəbər lenti