...

İraqın neft ixracatı gündə 1,9 milyon barelə çatıb

Dünya xəbərləri Materials 28 İyun 2006 18:00 (UTC +04:00)

İraqın neft ixracatı gündə 1,9 milyon barelə çatıb, bunun 1,6 milyonu Bəsrə cənub limanından, 300 mini isə Türkiyənin Ceyhan limanından göndərilir. Bu barədə bu gün İraqın Neft Nazirliyinin nümayəndəsi Asəm Cihad xəbər verib.

Trend in Praym-TASS-a istinadən xəbər verdiyi kimi, onun sözlərinə görə, İraq gündə 2,5 milyon barel neft istehsal edir - bu Səddam Hüseyn rejiminin devrilməsindən sonra ən yüksək göstəricidir. A.Cihad qeyd edib: "Bağdadda hesab edirlər ki, əgər İraq istehsalatın genişləndirilməsi üçün lazımi investisiyaları alsa, bu halda karbohidrogen xammalının hasilat həcmi daha da artacaq".

Nazirlik nümayəndəsi bildirib ki, Türkiyə vasitəsilə neft ixracatının şimal istiqamətində hərbçilərin ölkənin bu hissəsindəki neft infrastrukturu obyektlərində diversiyası səbəbindən mütəmadi olaraq çətinliklər yaranır. Buna baxmayaraq, İraq neftçıxarma sahəsinin inkişafında yaxşı perspektivlərə malikdir.

Xəbər lenti

Xəbər lenti