...

Elm naziri: İran kütləvi qırğın silahı hazırlamır və atomdan hərbi məqsədlərlə istifadə etməyə hazırlaşmır

Dünya xəbərləri Materials 28 İyun 2006 18:55 (UTC +04:00)

İran kütləvi qırğın silahı hazırlamır və atomdan hərbi məqsədlərlə istifadə etməyə hazırlaşmır. "İTAR-TASS"-ın məlumatına əsasən, bu barədə bu gün Cakartada İranın elm naziri Muhaməddmehdi Zahedi bildirib.

Trend "prime-tass"a istinadən xəbər verir ki, mətbuat konfransında çıxış edən nazir bir sıra sənaye ölkələrinin İranın nüvə silahı proqramı ilə bağlı mövqeyini riyakar adlandırıb. "Bu dövlətlər İranın qabağcıl nüvə texnologiyaları sahəsində tədqiqat proqramına qarşı çıxış edir, amma özlərinin isə çoxdandır kı nüvə silahı və digər kütləvi qırğın silahı var" - deyə M.Zahedi vurğulayıb.

O, inkişaf edən edən ölkələri bu növ "elmi aparteid"ə qarşı birgə mübarizəyə çağırıb. Nüvə enerjisindən sülh məqsədləri istifadə etmək hər bir ölkənin hüququdur. Buna görə İran suveren islam ölkəsi kimi öz daxili işlərinə müdaxilə etməyə yol verməyəcək.

Xəbər lenti

Xəbər lenti