...

ABŞ-da baş vermiş daşqınlar 9 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 29 İyun 2006 12:12 (UTC +04:00)

ABŞ-ın şimal-şərqində baş vermiş daşqınlar nəticəsində ən azı 9 nəfər həlak olub.

Trend in BBC Russian-a istinadən xəbər verdiyi kimi, bir neçə gün davam etmiş leysan nəticəsində Saskuehanna çayında suyun səviyyəsinin kəskin artması ilə əlaqədar Pensilvani ştatının təxminən 200 min sakini evakuasiya edilib.

Nyu-York və Nyu-Cersi ştatlarının bir neçə rayonunda da fövqəladə vəziyyət elan olunub.

Nyu-Yorkun qubernatoru Corc Pataki bildirib ki, bu vəzifədə çalışdığı 12 il ərzində bu qədər güclü daşqın baş verməyib. O, milli qvardiyanın evakuasiya işlərinə cəlb olunması barədə sərəncam verib.

Su basmış evlərdə qalan adamları xilasetmə işlərinə vertolytolar, qayıqlar və xilasetmə xidmətlərinin avtomobilləri də cəlb olunub.

ABŞ-ın milli meteorologiya xidməti daşqının ilk qurbanları barədə məlumat verib.

Nyu-York ştatında iki sürücü selin avtostaradanı qismən yuyub dağıtması nəticəsində həlak olub. Daha bir sürücü yolun dağılmış hissəsindən keçmək istərkən yaralanıb. Regionda yolların bir hissəsi bağlanıb. Sürücüləri isə ehtiyatlı olmağa çağırırlar.

Xəbər lenti

Xəbər lenti