...

Kredit kartı həcmində telefon buraxılıb

Dünya xəbərləri Materials 30 İyun 2006 17:17 (UTC +04:00)

NEC şirkəti N908 modelli kredit kartı həcmində mobil telefon buraxıb.

Trend "Iolcity.ru"ya istinadən xəbər verir ki, bu telefon cari ilin 3-cü rübündə satışa çıxarılacaq.

Xatırladaq ki, kredit kartının həcmi 85,6 x 53,98 millimetrdir. Ona görə telefonu təxminən bel bir həcmdə olan portmanata yerləşdirmək olar.

Yeni telefon MP3, AAC, AAC+, 3GP və MPEG-4 formatlarını qəbul edir, 1,3 meqapiksellik kamera, USB port və Bluetooth simsiz interfeys, eləcə də flyaş-kart microSD üçün yerə malikdir.

Bir neçə köməkçi düymədən başqa, klaviatura, demək olar ki, yoxdur. Bunun əvəzinə təmasa həssas ekran var.

Xəbər lenti

Xəbər lenti