...

İran G8 görüşünün başlanmasına qədər nüvə proqramı üzrə təkliflər paketinə cavab vermək barədə Qərb ölkələrinin təklifini rədd edib

Dünya xəbərləri Materials 30 İyun 2006 18:56 (UTC +04:00)

İran gələn həftənin əvvəlinə qədər Tehranın nüvə proqramı üzrə təkliflər paketinə cavab vermək barədə Qərb ölkələrinin təklifini rədd edib. Bu barədə İranın XİN başçısı Məniçöhr Möttəki xəbər verib. "İran İslam Respublikasının cavabı açıq və məzmunlu olacaq. Avqusta qədər qoyulmuş müddət bu cavab üçün çox uzun deyil, bu təbii və normaldır",- deyə İran diplomatı Nyu-Yorkda keçirilən mətbuat konfransında bildirib.

Xatırladaq ki, iyunun 24-də M.Möttəki bildirmişdi ki, İran Sankt-Peterburqda keçiriləcək "böyük səkkizlik" liderlərinin sammitinin başlanmasına qədər təkliflər paketinə cavabın müddətini azaltmağı məntiqə uyğun hesab etmir.

BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü (Rusiya, Çin, Böyük Britaniya, Fransa, ABŞ), həmçinin Almaniya tərəfindən təqdir edilmiş İranın nüvə probleminin həlli üzrə təkliflər 6 iyun 2006-cı ildə Tehranın müzakirəsinə verilmişdi. İran prezidenti Mahmud Əhmədi Necad bildirib ki, Tehran dünya birliyinin yeni təşəbbüslərinə 2006-cı il avqust ayının ortalarında cavab verəcək. Lakin, Amerika prezidenti Corc Buşun fikrincə, bu "əsası olmayan uzun müddətdir". ABŞ və digər ölkələr istəyirlər ki, İran 15 iyul 2006-cı ildə Sankt-Peterburqda açılacaq G8 sammitindən dərhal sonra öz cavabını bildirsin.

Xəbər lenti

Xəbər lenti