...

Qazaxıstan höküməti yanında Gənclərin işi üzrə Şuranın növbəti iclası baş tutub

Dünya xəbərləri Materials 5 İyul 2006 17:27 (UTC +04:00)

Bu gün təhsil və elm naziri Bırqan Aytimovanın sədrliyi altında Qazaxıstan Respublikası Höküməti yanında Gənclərin işi üzrə Şuranın növbəti iclası baş tutub.

TEN-in mətbuat xidmətindən verilən xəbərə görə, iclasda nazirlik və idarələrin nümayəndələri, Astana və Alma-Ata vilayət və şəhərlərinin akim müavinləri, ölkənin gənclərin qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Trend in KAZİNFORM-a istinadən verdiyi xəbərə görə, iclasda həm yerli, həm də respublika səviyyəsində dövlət gənclər siyasətinin həyata keçirilməsi, Qazaxıstanın "Qazaxıstan Respublikasında dövlət gənclər siyasəti haqqında" Qanunun icrası, "Jaşıl Yel" adlı tələbə tikinti və əmək dəstələrinin hərəkət fəaliyyətinin təkmilləşdirilməsi üzrə aktual məsələlər gözdən keçirilib.

Şura iclasının yekunlarına görə gənclərin ən mühüm problemlərinin həlli üzrə tövsiyə və təkliflər hazırlanıb.

Xəbər lenti

Xəbər lenti