...

Meksikadakı prezident seçkilərində 0,57% fərqlə hakim partiyanın namizədi F.Kalderon qalib gəlib

Dünya xəbərləri Materials 7 İyul 2006 16:08 (UTC +04:00)

Meksikadakı prezident seçkilərində 0,57% fərqlə hakim partiyanın namizədi Filipe Kalderon qalib gəlib. Bu gün ölkənin seçki komissiyasının nəşr olunmuş rəsmi nəticələri belədir.

Trend in verdiyi xəbərə görə, indiki prezident Visent Foksun Milli hərəkət partiyasının üzvü F.Kalderon 35,88% səs toplayıb. Onun yaxın rəqibi - Demokratik inqilab partiyasının namizədi, Mexikonun keçmiş meri Andres Manuel Lopes Obrador 35,31% səs qazanıb. Səsvermənin nəticələrinə görə üçüncü yeri Roberto Madrazo tutub. Ona 22,27% seçici səs verib.

A.M.L.Obrador artıq hökümət orqanlarını seçkiləri saxtalaşdırmaqda ittiham edib və öz tərəfdarlarını iyulun 8-də etiraz aksiyasına çıxmağa dəvət edib.

Rəsmi nəticələr açıqlandıqdan sonra yeni prezidentin elan edilməsi məsələsi ali seçki komissiyasının ixtiyarındadır. Seçkilərin qalibi bu il sentyabrın 6-a qədər elan olunmalıdır. Meksikada yeni altı illik prezident müddəti 1 dekabr 2006-cı ildən başlayır.

Xəbər lenti

Xəbər lenti