...

İspaniya höküməti rəsmi olaraq ölkədə "quş qripi"nin birinci halını təsdiq edib

Dünya xəbərləri Materials 8 İyul 2006 11:30 (UTC +04:00)

İspaniyanın Kənd Təsərrüfatı Nazirliyi rəsmi olaraq təsdiq edib ki, ölkədə ilk dəfə olaraq H5N1ştammlı "quş qripi" aşkar olunub. (C) Associated Press-in verdiyi xəbərə görə, Basklar ölkəsindəki yerli laboratoriyada keçirilmiş analizlərin nəticəsi altı həftə bundan əvvəl ölkənin şimalında yerləşən Vitoriya -Qasteys şəhərinin yaxınlığında tapılmış ölü quşların qanında virusun olduğunu təsdiq edib.

Trend in xəbər verdiyi kimi, alimlərin məlumatlarına görə, "quş qripi"ni Avropaya köçəri quşlar gətiriblər.

Xəstəlik Fransa, Yunanıstan, İtaliya, Avstriya, Almaniya və Sloveniyada da aşkar olunub. Bundan başqa, virus Türkiyə, Bolqarıstan, Azərbaycan, Xorvatiya, Bosniya, Rumıniya, Rusiya və Ukraynada da təsdiq olunub.

Ümumdünya səhiyyə təşkilatının son məlumatlarına görə, ümumilikdə dünyada 131 nəfər H5N1 ştammlı "quş qripi"nin qurbanı olub. Onlardan 42-si Vyetnamda, 40-ı İndoneziyada, 14-ü Misirdə, 12-i Çində, 6-sı Misirdə, 6-sı Kambocada, 5-i Azərbaycanda, 4-ü Türkiyədə, 2-si isə İraqda qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti