...

Çin Ukraynada təhsili maliyyələşdirəcək

Dünya xəbərləri Materials 14 İyul 2006 16:49 (UTC +04:00)

Çin təhsilin inkişafı üçün Ukraynaya 750 min dollar ayıracaq. Müvafiq saziş iyulun 13-də iqtisadiyyat naziri vəzifəsini icra edən Arseniy Yatsenyuk və Çinin Ukraynadakı səfiri Qao Yuyşen tərəfindən imzalanıb. Bu barədə, "REGNUM" agentliyinə Ukrayna İqtisadiyyat Nazirliyindən xəbər veriblər.

Trend agentliyinin məlumatına əsasən, imzalanmış sənədə əsasən, bu vəsait Dnepropetrovsk Milli Universitetində linqofon kabinetləri üüçün avadanlığın alınması, İqtisadiyyat Nazirliyi yanında Ukrayna Xarici Ticarət Akademiyasının yaradılması, Asiya ölkələri, xüsusilə, Çinlə iqtisadi-ticari əlaqələr sahəsində işləyən mütəxəssislərin səmərəli hazırlıq sisteminin formalaşdırılmasına sərf olunacaq. Bundan əlavə, ayrılmış vəsaitlər Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiya və Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən kompüter texnikasının və digər avadanlığın alınması üçün istifadə olunacaq.

Görüş zamanı Ukraynanın iqtisdaiyyat naziri Çinli səfirə elm, texnologiya və Çernobıl atom elektrik stansiyasının nəticələrinin aradan qaldırılmasında göstərilən yardıma görə təşəkür edib.

Xəbər lenti

Xəbər lenti