...

Aleksandr Lukaşenko ilk belorus süni peykinin buraxılış mərasimində iştirak etmək üçün Qazaxıstana yola düşür

Dünya xəbərləri Materials 26 İyul 2006 18:15 (UTC +04:00)

Belorusiya prezidenti Aleksandr Lukaşenko bu gün ikigünlük işgüzar səfərlə Qazaxıstana yola düşür. "Dövlət başçısı "BelKa" ilk belorus süni peykinin buraxılış mərasimində iştirak edəcək, həmçinin Rusiyanın Federal kosmik agentliyinin rəhbəri ilə görüşəcək", - deyə prezidentin mətbuat xidmətindən İTAR-TASS-ın müxbirinə bildiriblər.

Trend in xəbər verdiyi kimi, əvvəlcə iyunun sonunda sputnikin "Baykonur" kosmodromundan orbitə çıxarılması planlaşdırılırdı. Lakin "daşıyıcı raketin bortundakı rəqəmli hesablama kompleksində aşkar edilmiş qüsurlara görə" buraxılış təxirə salınıb.

Belorusiyanın "BelKa" kosmik aparatı Rusiyanın "Energiya" raket-kosmik korporasiyası tərəfindən Milli Elmlər Akademiyasının sifarişi ilə "Viktoriya" universal kosmik platformasının bazasında yaradılıb. Sputnikin 150-200 kq çəkili optik-elektron avadanlığı belorus müəssisəsində hazırlanıb. Sputnik geodeziya, xəritəçilik və meteoroloji işlər görəcək.

Əvvəllər Aleksandr Lukaşenko bəyan edib ki, "bu sahəyə vəsait qoyuluşu bir sıra elmi, konstruktor və təcrübi işləri inkişaf etdirməyə imkan verəcək və bu işlər siyasi, iqtisadi və kommersiya nəticələri verəcək".

Xəbər lenti

Xəbər lenti