...

Ukrayna parlamentinin spikeri qazla bağlı danışıqlar aparmaq üçün Moskvaya gedəcək

Dünya xəbərləri Materials 28 İyul 2006 17:11 (UTC +04:00)

Ukrayna Ali Radasının sədri Aleksandr Moroz Rusiya ilə qaz sahəsində əlaqələrin inkişaf prespektivlərinə dair danışıqlar aparmaq üçün yaxın vaxtlarda Nazirlər Kabinetinin nümayəndələrindən ibarət heyətlə RF-yə getmək niyyətindədir. Bu barədə A.Morozun ABŞ dövlət katibinin müavini Devid Kramer ilə görüşü zamanı söhbət aparılıb.

Ali Radanın mətbuat xidmətinin rəhbəri Viktoriya Şvedovanın jurnalistlərə verdiyi məlumata görə, Ukrayna nümayəndə heyətinin tərkibinə ilk növbədə "iqtisadiyyat üzrə mütəxəssislər" daxil olacaq.

Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, Moroz hesab edir ki, Ukrayna ilə Rusiya arasında qaz sahəsində əlaqələr "Nefteqaz Ukraynı"-"Qazprom" vasitəçilərsiz sxemi üzrə qurulmalı və "bütün qaz sahəsi şəffaf olmalıdır".

Xəbər lenti

Xəbər lenti