...

Gürcüstan Asiya inkişaf bankına daxil olma haqqında sazişi təsdiq edib

Dünya xəbərləri Materials 9 Dekabr 2006 14:17 (UTC +04:00)

Gürcüstan parlamenti cümə günü axşam Gürcüstanın Asiya inkişaf bankında (AİB) üzvlüyü haqqında sazişi təsdiq edib. Sənədə əsasən maliyyə institutunun hər birinin nominal məbləği 10 min SDR (12 min 63,5 dollar) olan 12 min 81 səhmi (nizamnamə kapitalının 0,344%-i) respublikaya məxsus olacaq.

Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, dörd il ərzində Gürcüstan 849 səhmi ödəməlidir - məbləğin 43%-i xarici valyuta, 57%-i milli valyuta ilə ödənilməlidir. Asiya inkişaf bankına üzvlük Gürcüstana Asiya inkişaf bankının və Yaponiyanın GFPR fondunun qrant və kreditlərini almağa imkan verəcək.

AİB maliyyələşdirməsinin prioritet istiqamətləri humanitar layihələr, özəl sektorun inkişafı, regional əməkdaşlıqdır.

Xəbər lenti

Xəbər lenti